• Əsas menuya qayıt

    Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.

     

    Seyid olan Hörmətli Adnan Oktarın ailə böyükləri Hülagü fitnəsi əsnasında Qafqaza köçmüş, daha sonra Osmanlı-Rus Döyüşləri və Rus-Qafqaz döyüşləri əsnasında Osmanlıya sığınıb, Ankara Balaya yerləşmişlər.

     

    Hörmətli Adnan Oktarın babası Ömər Bəyin babası Bəslən Aslan Kasayevin mənşəyi Noqay Xanlığına söykənməkdədir. Bəslən Aslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınmaqdadır. Arslanoğulları, 1827-ci ildə Qafqaz Qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 seyid ailəsindən biridir.

     

    davamı

    Geri

     

     

  • Əsas menuya qayıt

    Mövzular

    Giriş

    Bədiüzzaman Həzrətləri, "Qiyamət 300 il sonra qopacaq" deməmişdir, "Allahualəm, Hicri 1545-ci ildə qiyamət qopacaq" demişdir. Bəzi Nur tələbəsi ...

    davamı

    Allah qullarindan dilədiyinə qeyb haqqında məlumat verər

    İnsanın hissləri vasitəsi ilə qavraya bilmədiyi, gələcəyə və keçmişə dair hadisələri, "qeybi", yalnız üstün güc sahibi olan Allah bilir.

    davamı

    Allahin qeybi elçilərindən dilədiyinə bildirdiyinə dair Quran ayələri

    "De ki: "Göylərdə və yerdə qeybi Allahdan başqa kimsə bilməz. Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!." (Nəml surəsi, 65)

    davamı

    Peyğəmbərimiz (s.ə.v.)-ə qiyamətə qədər olan bəzi hadisələrin bildirildiyinə dair hədislər

    Allahın aləmlərə rəhmət olaraq göndərdiyi müqəddəs Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), həm ...

    davamı

    Peyğəmbərimiz (s.ə.v)-in axir zamanada baş verəcək hadisələri xəbər verdiyi bəzi hədislər

    Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi və yaşadığımız dövrdə reallaşmış olan bir çox hadisə də vardır.

    davamı

    Hörmətli Adnan Oktarin qeyb haqqında verdiyi əhəmiyyətli məlumatlar

    Quranda rəbbimiz, qeyb xəbərlərini dilədiyində elçilərinə açacağını bildirmişdir.

    davamı

    Allah Peyğəmbərimiz (s.ə.v)-ə qeyblə əlaqəli bəzi hadisələri göstərmişdir

    “Bəzi ayələrdə qeybi tək Allahın biləcəyindən bəhs edilir. Ancaq bir çox hədisdə...

    davamı

    Qiyamətin vaxtı qeyb xəbəridir, ancaq Allah qeybi istədiyi peyğəmbərlərinə bildirəcəyini demişdir

    Qiyamət əlamətlərini Peyğəmbər Əfəndimiz (s.ə.v.) təfsilatlı olaraq nə üçün demişdir? ...

    davamı

    Peyğəmbərimiz (s.ə.v.)-in dünyanin ömrünün 7 min il olduğu ilə əlaqəli hədisi şərifləri

    Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən dünyanın ömrü ilə əlaqəli səkkiz hədis belədir...

    davamı

    Rəsulallah (s.ə.v.), dünyanin ömrünün 7 min il olduğunu, bunun 5600 ilinin keçdiyini bildirmişdir

    Peyğəmbərimiz (s.ə.v.) zamanında Adəm (ə.s.)-dan bəri 5600 il keçmiş olduğunu ...

    davamı

    Bədiüzzaman qiyamətin hicri 1545 (2120)-ci ilində kafirlərin başinda qopacağina işarə edir

    Ustadımız hədislərdə Peyğəmbərimiz (s.ə.v.)-in dünyanın ömrüylə əlaqədar verdiyi ...

    davamı

    Mustafa Sunqur xəbərdar edir: "biz son dövrdəyik"

    Deməli bu an dünyanın son dövründəyik. "La təzalü taifətün min ümməti zahirinə aləl haqqı.."

    davamı

    Hz. İsanın yer üzünə dönüşü Quranda xəbər verilmişdir

    Allah, inkarçıların Hz. İsanı öldürmələrinə icazə verməmiş, onu Öz qatına yüksəltmişdir...

    davamı

    Quranda Dabbətül-Ərz

    Dabbə, qiyamət əlamətləri həyata keçməyə başladığı, hz. Mehdi (ə.s.)-ın fəaliyyətə başladığı vaxt ortaya çıxacaqdır...

    davamı

    Ayın yarılması bir qiyamət əlamətidir

    Quranın 54- cü surəsinin adı olan “Qəmər”in türkcə qarşılığı “Ay” dır. Bu surənin böyük bir hissəsində, özlərinə göndərilən peyğəmbərlərin ...

    davamı

    Qiyamətin yaxın olduğu quranda açıqca xəbər verilmişdir

    Allah ayələrində, qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir...

    davamı

    Qiyamətin əlamətləri olduğu Quranda bildirilmişdir

    Kainatda, mikroorqanizmlərdən insanlara qədər olan bütün canlılar, ulduzlar ...

    davamı

    Qiyamət saatı yaxındır

    İnsanların böyük bir hissəsinin qiyamət günü haqqında məlumatları var. Hər kəs qiyamət saatının dəhşətindən az-çox xəbərdardır...

    davamı
  • Əsas menuya qayıt

    Əlavələr

    Kitablar

    Harun Yəhya imzasından istifadə edən yüzlərlə əsərin müəllifi Adnan Oktarın Azərbaycan dilinə tərcümə edilmiş kitablarını buradan oxuya bilərsiz.

    daxil ol
    Məqalələr

    Harun Yəhya imzasından istifadə edən yüzlərlə əsərin müəllifi Adnan Oktarın Azərbaycan dilinə tərcümə edilmiş məqalələrini buradan oxuya bilərsiz.

    daxil ol
    Filmlər

    Harun Yəhya imzasından istifadə edən yüzlərlə əsərin müəllifi Adnan Oktarın Azərbaycan dilinə tərcümə edilmiş filmlərini buradan izləyə bilərsiz.

    daxil ol
    Qiyamətin əlamətləri

    Hörmətli Adnan Oktarın izahı

    Hörmətli Adnan Oktarın izahı 2

  • Əsas menuya qayıt

     

    Bizimlə əlaqə

    Bizimlə əlaqə saxlammaq üçün xahiş edirik aşağıdakı "Əlaqə saxla" düyməsinə klik edib əlaqə formunu dolduraraq bizə göndərin.

    Əlaqə saxla
  • Əsas menuya qayıt

    Qiyamət saatı yaxındır

    İnsanların böyük bir hissəsinin qiyamət günü haqqında məlumatları var. Hər kəs qiyamət saatının dəhşətindən az-çox xəbərdardır. Buna baxmayaraq, insanların bu cür həyati bir mövzuda göstərdikləri ortaq bir reaksiyası vardır, qiyamət haqqında düşünmək və ya danışmaq istəməzlər. Qiyamət saatı gəldiyində yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün böyük bir səy göstərərlər. Qəzetdə oxuduqları bir fəlakət xəbərinin və ya fəlakəti göstərən bir filmin özlərinə qiyaməti xatırlatmasına belə dözməzlər. Bu günün mütləq qarşılaşılacaq olan böyük bir həqiqət olduğunu düşünməkdən qaçarlar. Bu mövzudan bəhs edən kəsləri dinləmək, bu böyük günü izah edən yazıları oxumaq istəməzlər. Bunlar, qiyamət düşüncəsinin səbəb olduğu qorxudan qaçmaq məqsədiylə edilən üsullardan bəziləridir.

     

    Bir çox insan da qiyamət saatının reallaşacağını ciddi mənada ehtimal etməz. Bunun bir nümunəsini Kəhf Surəsində izah edilən zəngin bağ sahibinin ifadələrində də görürük:

     

    Qiyamət-saatının qopacağını da sanmıram. Buna baxmayaraq, Rəbbimə çeviriləcək olsam, şübhəsiz bundan daha xeyirli bir nəticə tapacağam. (Kəhf surəsi, 36)

     

    Bu ifadələrdə Allaha inandığını söyləyən, lakin, qiyamət həqiqətini düşünməyən, həm də ayələrə zidd iddialar irəli sürənlərin həqiqi zehniyyətləri gözlər önünə sərilir.

     

    Başqa bir ayədə də, qiyamət saatı ilə əlaqədar olaraq şübhəyə qapılan, şübhəyə düşən inkarçılardan belə danışılır:

     

    Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!” – deyirdiniz (Casiyə surəsi, 32)

     

    Bir qisim insanlar da qiyamət saatını tamamilə inkar edərlər. Belə bir rəftar göstərənlər isə Quranda belə bildirilmişdir:

     

    Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq. (Furqan Surəsi, 11)

     

    Həqiqəti öyrənmək məqsədiylə, bizlərə yol göstərəcək tək qaynaq olan Qurana baxdığımızda, açıq-aşkar bir həqiqətlə qarşılaşarıq. Qiyamət haqqında özünü aldadan insanlar böyük bir səhv edirlər. Çünki Allah, ayələrində, qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir:

     

    Həqiqət budur ki, qiyamət-saatı yaxınlaşaraq gəlməkdədir, onda şübhə yoxdur... (Həcc surəsi, 7)

     

    Biz göyləri, yeri və hər ikisinin arasındakıları haqdan kənar (hər hansı bir məqsədlə) yaratmadıq. Heç şübhəsiz o qiyamət-saatı da yaxınlaşaraq-gəlməkdədir... (Hicr surəsi, 85)

     

    Şübhəsiz qiyamət-saatı yaxınlaşaraq gəlməkdədir, bunda heç bir şübhə yox... (Mömin surəsi, 59)

     

    Quranın qiyamət ilə əlaqədar verdiyi məlumatın üzərindən 1400 il qədər uzun müddət keçdiyini, bu müddətin də bir insanın həyatı ilə müqayisədə uzun olduğunu düşünənlər ola bilər. Ancaq, burada bəhs olan, dünyanın, günəşin, ulduzların, bir sözlə, bütün kainatın sonudur. Kainatın milyardlarla illik keçmişi göz önünə alındığında, on dörd əsrlik bir zamanın çox qısa olduğu qətidir.

     

    Yaxın tariximizin böyük İslam alimi Bədiüzzaman Səid Nursi də, bənzər bir suala hikmətli bir bənzətmə ilə belə cavab vermişdir:

     

    Quran, "qiyamət yaxındır" fərmanını verir. Bu qədər il keçdikdən sonra gəlməməsi, vaxtının yaxınlığına zərər verməz. Çünki, qiyamət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətən bir iki gün və ya bir iki dəqiqə kimidir. Qiyamət saatı tək insaniyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib, uzaq görülsün. (Bədiüzzaman Səid Nursi, Sözlər, Yeni Asiya Nəşriyyat, 1990, səh. 318, İsmayıl Xoşbəxt, Qiyamət Əlamətləri, Xoşbəxt Nəşriyyat, İstanbul, 1996, səh. 214)

     

    Ənəs b. Malikdən rəvayət edildi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu:

    Dünyanın ömrü, axirət günlərində yeddi gündür. Allahu Təala buyurdu ki: Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir.

     

    Ənəs b. Malikdən, O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu:

    Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılayarsa, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirirmiş kimi, bu dünyanın yeddi min illik ömrü müddəti qədər savab yazar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 88)

     

    Həzrəti Rəsulullah sallallahu əleyhi və səlləm əfəndimiz, keçmişlə, gələcəklə və axirət həyatı ilə əlaqədar məsələlər haqqında xəbər verərkən, bəzi ifadələrdən istifadə etmişdir.

     

    Burada 7 min ildən qəsd, dünyanın həqiqi yaşının 7 min il olduğu deyil.

    (Allahualəm Ərəbcə) O zaman, 7 min il ilə əlaqədar rəvayətlər, bir təqvim başlanğıcı kimi insanlıq tarixində çox əhəmiyyətli bir hadisəyə, məsələn, tufandan sonra insanların oturaq həyata keçmələrinə və dünya həyatının aşkar olaraq yenidən başlamasına aid başlanğıc ola bilər. Yəni, o tarixdən etibarən, insanlıq tarixi sanki, yenidən başlamış kimi, sayları artmağa, şəhərləşməyə başlamış ola bilər. Bəzi üləmalar, Həzrəti Nuh əleyhissalamdan sonrakı dönəmi Dünyada insanlıq tarixinin yenidən başlaması olaraq adlandırmışlar. Necə ki, Xristianlar, miladi 1987-ci ilin əvvəlində əhəmiyyətli bir hadisə olduğunu qəbul edib, bir tarix başlanğıcı meydana gətirib, ondan əvvəl, ondan sonra deyərək bir zaman təyin edirlərsə, eyni o şəkildə rəvayətdə, müəyyən bir vaxt təsbiti üçün, təqvim başlanğıcı kimi 7 min il əvvəli və sonrası şəklində bir tarix zamanlamasına işarə ola bilər. Yəni, dünyanın ömrü 7 min il olsa, mən onun bu tarixindəyəm deyilsə, müəyyən bir tarix zamanlaması edilmiş olar.

     

    İmam Rəbbani Həzrətləri Məktubatda bu rəvayəti nəql etmişdir.

    Təqribən 124 min nəfər peyğəmbərimiz gəlib keçdi. (Məktubatı Rəbbani, 1/354)

     

    Hz. Adəmdən etibarən Rəsulullah əfəndimizə qədər 124 min peyğəmbər gəlib keçmişdir. Başqa bir rəvayətdə İmam Rəbbani həzrətləri belə buyurmuşdur:

     

    Aradan "1000 ilin" keçdiyi vaxt, keçən ümmətlərdə Ulül əzm (Qəti əzm sahibi) bir peyğəmbərin gəldiyi vaxtdır. (Məktubatı Rəbbani, 1/495 )

     

    Normal olaraq hər 100 ildən bir peyğəmbər, 1000 ildən də bir Ulül əzm (Qəti əzm sahibi) peyğəmbər gəlmişdir. Hər 100 ildə bir peyğəmbər gəldiyini qəbul etsək, hz. Adəm əleyhissalam əfəndimizdən, Hz. Rəsulullah əfəndimizə qədər:

     

    124.000 x 100= 12.400.000 (on iki milyon dörd yüz min il olması lazımdır.) Demək ki, peyğəmbərimiz (s.ə.v.) dünyanın ömrü 7 min ildir deyərkən, dünyanın həqiqi yaşını deyil, insanlıq tarixi üçün əhəmiyyətli bir hadisənin baslanğıç zamanını nəzərdə tutmuşdur (Allahualəm)

     

    Əhməd İbni Hənbəl nəql etdi.

    Dünyadan beş min altı yüz il keçmişdir. (Kitab-ül Burhan Fi Əlamət-el Axır zaman, 89)

     

    Daha əvvəlki hədislərdə, dünyanın ömürünün 7 min il olduğunu görmüşdük. Burada isə, Əfəndimizə qədər 5 min 600 il keçdiyi ifadə edilir. Bu rəvayətə görə, Ümməti Məhəmmədin ömrü hicri 1400-cü ilə qədərdir. (7000-5600=1400) (Allahualəm)

     

    Abdullah (r.a.)-dan rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki, Əhli beytimdən adı adıma uyğun olan bir adam başa keçəcək...

    Dünyanın ancaq bir günlük ömrü qalmış olsa, onun başa keçməsi üçün Cənabı Allah O günü mütləq uzadar. (Sünəni Tirmizi 4/92)

     

    Hz. Əlidən rəvayət olduğuna görə, Rəsulullah (s.ə.v.) belə buyurdu:

     

    Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa, Allah (c.c.) mənim Əhli beytimdən bir şəxsi göndərəcək. (Sünəni Əbu Davud, 5/92)

     

    İbni Macə və Əbu Naim, Əbu Hüreyrədən rəvayət etdilər, o dedi, Peyğəmbər (s.ə.v) buyurdu:

    Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar və Əhli Beytimdən birini Məlik edər. ( Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Muntazar, 10), (əl-Kavlu-l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 27) ,(Ölüm-Qiyamət -Axirət və Axır Zaman Əlamətləri, səh. 437 )

     

    Bir az əvvəlki rəvayətlərdən və şərhlərdən anladığımız kimi, hicri 1400 il eyni zamanda hz. Mehdinin çıxış ilidir. Hicri 1400-cü ilə girməyə dünya günü olaraq 1 gün belə qalsa, hazır gözləyən Mehdinin vəzifəsini yerinə yetirməsi üçün, qiyamət müəyyən vaxt ərzində təxirə salınacaq. (Allahualəm) İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır. O dedi ki, Dünya yeddi gündür. Hər bir gün min il kimidir və Rəsulullah (s.ə.v.) də onun sonunda göndərildi.

     

    Dakkak b. Zeydi Cühenidən rəvayət etdilər.

    Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v.)-ə izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki, Yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də Onun son min ilində olacağam. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 89)

    Bu rəvayətlərdən də anladığımız kimi, ümmətin ömrü hicri 1400-cü ilə qədərdir. Hicri 1400-cü ildə O (min illik) bir gün bitmiş olur. Halbuki, ümmət o bitmə günündə, hələ də vəd edilən hz. Mehdi (ə.s.)-ı gözləyirdi. O zaman, o (min illik) bir gün uzadılaraq, hz. Mehdi (ə.s.)-ın vəzifəsini yerinə yetirməsinə uyğun hala gətiriləcək.

     

    İmam Rəbbani, Mehdinin, peyğəmbərimizin vəfatından 1000 (min) il keçdikdən sonra ikinci min ilin içində gələcəyini bildirmişdir.

     

    Ancaq, gözlənilən odur ki, aradan min il keçdikdən sonra bu gizli dövlət təcid ediləcək (yenilənəcək). Ona bir üstünlük verilib suyu tapması, artırıla... Beləcə, kəmalatın əsli zühur edib, onun zillətini örtə... və etibar edilən Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

     

    Şəriətin özünü təsdiqi, millətin inkişafı bu ikinci min ildədir.

    Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) və Mehdinin (ə.s.) bu min il içində var olmaqlarıdır. (Məktubatı Rəbbani 1/611)

     

    Rəsulullah (s.ə.v.)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni, Rəsulullah (s.ə.v.)-in vəfatından sonra, min il keçdikdən sonra, az olsalar belə, onların çox kamallı olmaları bunun üçündür ki, şəriətin möhkəmlənməsi mümkün olsun.

     

    Aradan min il keçdikdən sonra, Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək qədəmini (gəlişini), Xatəmul ənbiya (peyğəmbərlərin sonuncusu) Rəsulullah (s.ə.v.) müjdələmişdir. İsa (ə.s.) da aradan min il keçdikdən sonra zühur edəcək. (Məktubatı Rəbbani 1/440)

     

    Peyğəmbər Əfəndimizin vəfatından min il keçdikdən sonra ikinci min ilinə girilər. İmam Rəbbani Həzrətlərinin yuxarıdakı izahlarına görə, ikinci min il içərisində hz. Mehdi (ə.s.) gələcəkdir. Bunun üçün ən uyğun zaman 1400-1600 illəri arasıdır. Bu illər ikinci min ilinin tam ortasıdır. 1400-dən-1500-ə qədər İslamın hakimiyyəti, 1500-1600 illəri arasında da pozulma və qiyamət gözləniləcək.

     

    Bu ümmətin ömrü min (1000) ili keçəcək lakin, min beş yüz (1500) ili aşmayacaq. (Qiyamət Əlamətləri, 299)

     

    Cəlaləddin Suyutinin "əl-Kəşfi Fi Mücazəvəti Qəmli əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Asar" adlı kitabından nəql edilib ki, Bəddiüzaman Səid Nursi Həzrətləri də, ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirmişdir.

     

    "... Birinci cümlə, min beş yüz (1500) etibarı ilə axır zamanda mücahidlərin (din üçün çalışanların, cihad edənlərin) son zamanlarına və ikinci cümlə, min beş yüz altı (1506) etibarı ilə qalibanə mübarizənin tarixinə.... işarə edər.

     

    (...) bu tarixə qədər (1506) zahir və aşkaranə, bəlkə qalibanə davam edəcəyinə işarəyə yaxın eyham edər." (Sikkə-i Təsdiq-i Qeybi, 46)

     

    İmam Suyuti (r.a.), bir qisim daxili üləma, bu ümmətin ömrünün (Hicri) 1500-cü illərinə qədər davam edəcəyinə daha sonra da pozulmanın başlayacağını (Allahualəm) deyərək işarə etmişdir. Səhih qaynaqlı Hədisi Şəriflərə görə, hz. Mehdi (ə.s.) zühur etdikdən sonra 40 il yaşayacaq. Hz. İsa (ə.s.) əfəndimiz haqqındakı Hədisi şəriflərdə də Onun yer üzündə qalma müddətinin 40-45 il olacağı bildirilmişdir. Bunun bir qismini Hz. Mehdi (ə.s.) ilə Hz. İsa (ə.s.) əfəndilərimiz birlikdə yaşayacaqlar, bu da təxminən 7-10 ildir. Bu məlumatlara görə, hz. Mehdi (ə.s.) və hz. İsa (ə.s.) əfəndimizin vəfatına qədər olan 1475-1480 illərinə gəlmiş olacaq. Bu tarixdən 1500-cü ilə qədər davam edən 20-25 illik bir müddət də vəziyyətin mühafizəsinə çalışıldığı bir dövr olacaq. Bu rəvayətdə də Mehdinin, əsrin əvvələrində zühur edəcəyi bildirilmişdir.

     

    Çünki, onun (Hz. Mehdinin) zühuru, əsrin əvvəllərində olacaq. (Məktubatı Rəbbani)

     

    Yuxarıda izah edildiyi kimi, İmam Suyuti həzrətlərinin rəvayətinə görə, Ümməti Məhəmmədin ömrü 1500 (min beş yüz) ili aşmayacaq. Hicri 1500-cü ilə çatmağa bir əsr qalmışdır. O da, hicri 1400 ilin əvvəlləridir.

     

    Rəsulullah (s.ə.v.) buyurdu:

    Qiyamət, yer üzündə Allaha ibadət edilməyən bir yüz il keçmədikcə qopmaz. (Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman , 92)

     

    Yuxarıdakı rəvayətlərin işarələrindən səadətli bir əsr keçdikdən sonra və təxminən bir əsr zülmün, küfrün hakim olduğu dövrə keçdikdən sonra, qiyamət gözləniləcək. Edilən hesablar, Mehdi ancaq hicri 14-cü əsrin əvvəllərində çıxdığı təqdirdə təsdiqlənəcək. Ümmətin ömrü Hicri 1500 ilini aşmayacağına görə, Mehdinin hicri 1400-cü ilin əvvəllərində gəlməsi lazımdır.

    (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar)

    (Kitab ul Burhan Fi Əlamət-əl Mehdiyy əl Axır Zaman)

    (Ölüm-Qiyamət-Axirət və Ahirzaman Əlamətləri, 494)

    (Ramuz Əl -Ahadis 508 (Ibni macə-Tabaranainin Kəbiri)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Qiyamətin əlamətləri olduğu Quranda bildirilmişdir

    Kainatda, mikroorqanizmlərdən insanlara qədər olan bütün canlılar, ulduzlar və qalaktikalarla birlikdə ortadan qaldırılacağı zaman, ayələrdə "saat" olaraq ifadə edilir. Bu "saat" hər hansı bir saat deyil. Quranda "qiyamət vaxtı" mənasında istifadə edilən müəyyən və xüsusi bir saatdır.

     

    Əvvəlcə bunu ifadə etməliyik ki, kainatı gözləyən qaçınılmaz sonun, hər dövrdə maraq oyandıran bir mövzu olduğu, ayələrdən aydın olur. Ayələrdə, insanların, Peyğəmbərimiz (s.ə.v.)-dən qiyamət saatının nə vaxt gələcəyini soruşduqları belə bildirilir:

     

    (Ya Rəsulum!) Səndən saat (qiyamət) haqqında soruşarlar ki, nə vaxt qopacaq? (Əraf Surəsi, 187)

     

    Səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. (Naziat Surəsi, 42)

     

    Peyğəmbərimiz (s.ə.v.) bu suala "Onun elmi yalnız Rəbbimin qatındadır." (Əraf Surəsi, 187) şəklində cavab verməsi əmr edilmiş, beləcə, qiyamətin zamanını yalnız Allahın bildiyi ifadə edilmişdir. Bu ayədən, qiyamətin nə vaxt reallaşacağının məlumatının insanlardan gizlədildiyi aydın olur.

     

    Şübhəsiz, sonsuz elm sahibi olan Rəbbimizin qiyamət saatını gizli tutmasının hikmətləri vardır. Məsələn, beləcə hər əsrdə yaşayan insanların "qiyamət-saatından içləri titrəməkdə olanlar" (Ənbiya Surəsi, 49) kimi hərəkət etmələri istənilir. Yenə, insanların, qiyamət gününün əzabı və dəhşəti gözlənilməz bir anda gəlməzdən əvvəl, Allahın əzəmətini və sərhədsiz qüdrətini düşünmələri və Ondan başqa sığınılacaq bir yer olmadığını anlamaları istənilir. Əgər, kainatın ölüm vaxtı tam olaraq bilinsəydi, bu dövrdən əvvəl yaşayanlar, qiyaməti dərin bir şəkildə düşünmə gərəyi hiss etməyəcək və ayələrdə təsvir edilən qiyamət hadisələrinə laqeyd yaxınlaşacaqdılar.

     

    Ancaq, ifadə etmək lazımdır ki, qiyamət saatı haqqında məlumat verən bir çox ayə var. Mövzuyla əlaqədar digər ayələri araşdırdığımızda əhəmiyyətli bir həqiqətlə qarşılaşarıq. Quranda qiyamət üçün bir tarix açıqlanmır, lakin, qiyamətdən əvvəl ortaya çıxacaq əlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir çox işarəsinin olduğu belə bildirilir:

     

    Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?! (Məhəmməd Surəsi, 18)

     

    Bu ayədə, əvvəlcə, gələcəyi bildirilən qiyamət əlamətlərinin Quranda yer aldığı aydın olur. Bu "böyük xəbər"in işarələrini anlamaq üçün ayələr üzərində düşünməliyik. Əks halda, ayədə bildirildiyi kimi, qiyamət anı gəldikdən sonra düşünmənin bir faydası olmayacaq.

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Qiyamətin yaxın olduğu quranda açıqca xəbər verilmişdir

    Allah ayələrində, qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir:

     

    Həqiqət budur ki, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir, onda şübhə yoxdur....(Həcc surəsi, 7)

     

     

    Biz göyləri, yeri və hər ikisinin arasındakıları haqq-ədalətlə yaratdıq. Şübhəsiz, o qiyamət saatı da yaxınlaşaraq- gəlməkdədir...( Hicr Surəsi, 85)

     

    Quranın qiyamət ilə əlaqəli xəbərlərinin üzərindən 1400 il qədər uzun zaman keçdiyini, bu zamanın da bir insanın həyatı ilə müqayisədə uzun olduğunu düşünənlər ola bilər. Ancaq, burada əsas mövzu dünyanın, günəşin ulduzların, qısaca, bütün kainatın sonudur. Dünyanın milyon illər tarixi keçmişini göz qabağına gətirdikdə, on dörd yüz illik bir zaman müddətinin çox qısa olduğunu anlamaq olar.

     

    Yaxın bir tariximizin böyük İslam alimi Bədüzzaman Səid Nursi də oxşar bir suala hikmətli bir təşbeh ilə belə cavab vermişdir:

     

    Quran, “qiyamət yaxındır” fərmanını verir. Bu qədər il keçdikdən sonra gəlməməsi, yaxınlığına zərər verməz. Ancaq, dünyanın əcəlidir. Düyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətən bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı təkcə insanların əcəli deyil ki, onun ömrünə nisbət edilib uzaq görülsün.” (Bədiüzzaman Səid Nursi, Sözlər, Təzə asya Nəşriyyat, 1990, səh.318, İsmail Mutlu, Qiyamət Əlamətləri, Mutlu Yayıncılıq, İstanbul, 1996, səh.214)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Ayın yarılması bir qiyamət əlamətidir

    Quranın 54- cü surəsinin adı olan “Qəmər”in türkcə qarşılığı “Ay” dır. Bu surənin böyük bir hissəsində, özlərinə göndərilən peyğəmbərlərin “xəbərdarlıqlarını yalanlayan” Nuh, Ad, Səmud və Lut xalqının, Firon və ətrafındakıların başlarına gələn fəlakətlər haqqında danışılır. Eyni zamanda, birinci ayədə qiyamət vaxtı ilə əlaqədar çox vacib bir xəbər verilir:

     

    Saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. (Qəmər Surəsi, 1)

     

    Ayədə istifadə olunan “yarmaq” felinin Ərəbcə qarşılığı “ şaqqa” dır. Bu sözün Ərəbcə fərqli mənaları var. Bəzi Quran təfsirlərində “ikiyə yarılmaq” mənasına üstünlük verilir. Bunula birlikdə, “şaqqa” sözü Ərəbcədə “torpağı sürtmə, torpağı qazma” mənalarında da istifadə edilir.

    İkinci mənasına nümunə olaraq, Əbəsə surəsinin 26- cı ayəsində keçən misalı verə bilərik:

     

    Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yardıqca yardıq. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik. Üzüm və yonca. Zeytun və xurma (bağları). (Əbəsə surəsi, 25-29 )

     

    Açıq olaraq göründüyü kimi, bu ayədəki “şaqqa” ifadəsi “yerin ikiyə yarılması” mənasında deyil, “müxtəlif bitkilərin yetişməsi üçün sürtülərək yarılması” mənasında istifadə edilmişdir.

     

    Tam bu nöqtədə, 1969-cu ilə geri qayıtdığımızda, Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. Qəmər surəsindəki on dörd yüz il əvvəldən xəbər verilən ayə, 20 iyul 1969-cu ildə, Ay yer üzündə aparılan çalışmalar ilə həyata keçmişdir. Amerikalı astronavtların Aya ayaq basmaları, Ay torpağı üzərində elmi araşdırmalar aparmaları, daş və torpaq nümunələri ayın yarılması ayəsindəki ifadələrə tam olaraq uyğun gəlir.

     

    Ayın kəşfi, “Bir insan üçün kiçik bir addım, insanlıq üçün böyük bir hadisə” şüarı ilə ifadə olunmuşdur. Bu tarixi gəzinti, planet araşdırmalarında bir dönüş nöqtəsidir. Kameralar vasitəsiylə çəkilmiş və o tarixdən bu yana yaşayan insanların baxdıqları bir hadisə olmuşdur. Qəmər Surəsinin ilk ayəsində bildirildiyi kimi, bu böyük hadisə eyni zamanda bir qiyamət əlamətidir, dünyanın qiyamət əvvəli son (axır) zaman vaxtında olduğunun bir göstəricisidir. (Ən doğrusunu Allah bilir.)

     

    Son olaraq, bunu da bildirmək istərdik ki, sözü keçən əlaməti xəbər verən ayələrin davamında çox vacib bir işarə vardır. Bu ayələrdə Allah qatından gələn işarələrin, insanları qəflət və xətalarından qaytaracaq böyük bir fürsət olduğu, bu xəbərdarlıqları gördükləri halda yalanlayanların “nə tanınmış, nə görülmüş” bir gün olaraq tanıdılan qiyamət günü diriltdiklərində peşman olacaqları xatırlanılır:

     

    Saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. Onlar bir möcüzə görsələr, arxa çevirirlər və “(Bu) davam edən bir cadudur” deyərlər. Onlar təkzib etdilər, yalanladılar və öz nəfslərinə (istək və tutqularına) uydular. Halbuki, hər iş qərarlaşdırılmışdır! “ sonunda öz məqsədinə çatıb qərar verəcəkdir.” Andolsun, onlara pis əməldən (özlərini şirkdən və pozulmalardan) çəkindirəcək neçə-neçə xəbərlər gəldi. Olduqca böyük hikmətdir. Lakin, (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! Onlar (o gün) gözlərini zəlilanə aşağı dikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" - deyəcəklər. (Qəmər Surəsi, 1-8)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Quranda Dabbətül-Ərz

    “O söz başlarına gəldiyi zaman onlar üçün, yerdən bir Dabbə çıxararıq, o da, insanların Bizim ayələrimizə tam bir inamla inanmadıqlarını onlara deyər.” ( Nəml Surəsi-82)

    Dabbə, qiyamət əlamətləri həyata keçməyə başladığı, hz. Mehdi (ə.s.)-ın fəaliyyətə başladığı vaxt ortaya çıxacaqdır. Ayədəki “ o söz başlarına gəldiyi zaman” ifadəsi də böyük ehtimalla, hz. Mehdi (ə.s.) -ın ortaya çıxışına işarə edir. (Ən doğrusunu Allah bilir.) Kompyuterin günlük həyatda istifadəsi 1980-cı illərdə, internet də 1990- cı illərdə yayılmışdır.

     

    Hz. Mehdi (ə.s.) -ın zühurunun da hicri 1400-cü illərdə həyata keçdiyini nəzərə alsaq, kompyuter və internetin bütün dünyaya yayılmasını da eyni vaxtda olduğunu görərik.

     

    Ayədəki “Onlara yerdən bir Dabbə çıxararıq” ifadəsi ilə, Dabbə haqqında verilən ikinci bir məlumat isə, dabbənin yerdən çıxmasıdır. Dabbənin yerdən çıxacağının bildirilməsi metal, dəmir, sink, silisium kimi yerdən çıxan elementlərdən ibarət bir tərkibi olacağını göstərməsidir. Bu maddələr, günümüzdə istifadə olunan kompyuterlərin əsasını təşkil edir.

     

    Ayənin sonunda keçən “o da, insanların, Bizim ayətlərimizə tam bir inamla inanmadıqlarını onlara deyər” ifadəsini isə, Dabbənin “danışan” və müəyyən bir xəbər verən varlıq olduğunu və bu danışan varlığın bütün insanlar istiqamətində olduğunu göstərir. Bilindiyi kimi, günümüzdə (axır zamanda) internet sayəsində artıq məlumat əldə etmək, biliyi artırmaq, insanlarla da danışıb görüşmək və əlaqə saxlamaq da son dərəcə sürətli və tez olur. Başqa sözlə, axır zamanda İslamiyyət və Quran istiqamətində hər cür məlumat internetdə çox yayılmış olacaqdır və internetə girən demək olar ki, hər kəs, mütləq Allahın varlığı, birliyi və İslam dininə aid məlumatlar əldə edəcək, Qurandan xəbərdar ediləcəkdir. Kompyuter və internetin bütün insanlara bu istiqamətdə bir xəbərdarlıq edən və xatırladıcı olan xüsusiyyəti vardır.

     

    Quranın “Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.” (Nəml surəsi / 80) ayəsində və Peyğəmbərimiz (s.ə.v.)-in bir çox hədisində, axır zamanda insanların mənəvi cəhətdən ölü kimi olacaqları bildirilmişdir. Bu səbəblə, ayədə xəbər verildiyi kimi, “arxasına baxmadan qaçanlara” həqiqətləri və doğruları eşitdirmək mümkün olmayacaqdır. Ancaq, Nəml Surəsinin 82- ci ayəsində “ o da insanların Bizim ayələrimizə tam bir məlumatla inanmadıqlarını onlara deyər” sözləri ilə bildirdiyi kimi, Dabbə bu insanlara çatacaq, həqiqətlərə qulaq asmaqdan qaçan, ya da, başa düşməməzlikdən gələn kimsələri evlərində tutacaq və onlara doğru yolu göstərəcəkdir. İnternet və kompyuter texnologiyası vasitəsiylə Allah, bu insanların xəbərdarlığını və həqiqətləri görmələrini təmin edəcək.

     

    Nəml surəsindəki bu ayələrin davamındakı “Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.” (Nəml Surəsi, 81) ayəsiylə xəbər verildiyi kimi, Dabbə internet və kompyuter vasitəsiylə möminlərə də yönələcək, Müsəlmanların da hidayətlərini daha çox artmasına imkan yaradacaq.

     

    Axır zamanda hz. Mehdi (ə.s.) da, internet və kompyuter texnologiyasını istifadə edəcək və bu yolla insanlara haqq din olan Quran əxlaqını təbliğ edəcəkdir. Həqiqətlərə qarşı mənəvi cəhətdən korlaşmış insanlar, hz. Mehdi (ə.s.)-ın bu təbliğindən təsirlənməyəcək, ancaq, hz. Mehdi (ə.s.) bu yolla möminlərin hidayətinə vəsilə olacaqdır.

     

    1) Allahın Quranda bildirdiyi bütün məlumatlar, Dabbənin kompyuter və internet texnologiyası ola biləcəyi istiqamətində işarələr göstərir. (Ən doğrusunu Allah bilir) Ayədəki izaha əsas olaraq, hədislərdə ifadə edilən məlumatlar da araşdırıldıqda, Dabbənin kompyuter və internet ola biləcəyi ehtimalı daha böyük olur. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədislərində, Dabbənin xüsusiyyətləri ilə əlaqəli çoxlu məlumatlar nəql olunmuşdu.

    Baxa bilərsiniz: http//dabbetularz.com

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Hz. İsanın yer üzünə dönüşü Quranda xəbər verilmişdir

    Allah, inkarçıların Hz. İsanı öldürmələrinə icazə verməmiş, onu Öz qatına yüksəltmişdir. Təkrar qiyamətdən əvvəl yer üzünə dönəcəyini insanlara müjdələmişdir. Hz. İsanın yer üzünə dönüşü ilə əlaqədar olaraq Quranda verilən xəbərlərdən bəziləri belədir:

     

    - Quranda hz. İsanın yer üzünə dönüşünün qiyamət üçün bir işarə olduğuna dair belə bir məlumat verilir:

     

    Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)

     

    Hz. İsanın Quranın nazil olmasından altı əsr əvvəl yaşadığını bilirik. O halda yuxarıdakı ayədə bildirilən, onun ilk həyatının deyil, axır zamandakı dönüşünün qiyamət üçün bir məlumat qaynağı olmasıdır. Hz. İsanın ikinci gəlişi həm Xristian, həm də İslam dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs kəsin yer üzünü şərəfləndirməsiylə də, çox əhəmiyyətli bir qiyamət əlaməti də təcəlli etmiş olacaq.

     

    -Hz. İsanı öldürmək üçün tələ quran inkarçıların onu qətiliklə öldürə bilmədikləri bir ayədə belə vurğulanır:

     

    ... bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

     

    - Hz. İsanın ölmədiyi, insanların yaşadığı ölçüdən alınaraq, Allah qatına yüksəldildiyi, ayədə belə bildirilir:

     

    Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi / 158)

     

    - Ali-İmran surəsinin 55-ci ayəsində, Hz. İsaya uyanların qiyamətə qədər inkar edənlərin üzərinə keçiriləcəyi xəbər verilir.

     

    Günümüzdən 2000 -il əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadıqları tarixi bir həqiqətdir. Bu dövr ilə günümüz arasında yaşayan və özlərini Xristian olaraq adlandıranların isə, başda təslis (üçləmə) olmaq üzrə bir çox azğın inancı müdafiə etdikləri, bu səbəbdən həqiqi mənada İsəvi olaraq təbir edilə bilməyəcəkləri də açıqdır. Çünki Quranın bir çox ayəsində təslisə inananların inkarçı olduqları ifadə edilir. O halda qiyamət saatından əvvəlki bir dövrdə, inkarçılara üstün gələcək həqiqi İsəvilər ortaya çıxacaq Ali-İmran surəsindəki İlahi vəd də bu cür təcəlli edəcək. Şübhəsiz, müjdələnilmiş bu birlik, hz. İsanın yer üzünə dönüşüylə özünü göstərəcək.

     

    - Quranda verilən bir başqa məlumat da, hz. İsanın ölümündən əvvəl bütün Əhli Kitabın özünə iman edəcəyi şəklindədir:

     

    Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

     

    Bu ayədən aydın oluır ki, hz. İsa ilə əlaqədar olaraq hələ reallaşmamış olan üç İlahi vəd vardır. İlk olaraq, hz. İsanın hər insan kimi yaşadıqdan sonra öləcəyi bildirilir. İkinci vəd, bütün Əhli Kitabın onu cismani olaraq görəcəyi və ona yaşayarkən itaət edəcəyidir. Şübhəsiz ki, bu iki xəbər də, hz. İsanın qiyamətdən əvvəl gəlişində reallaşacaq hadisələrdir. Ayədəki üçüncü xəbər, hz. İsanın Əhli Kitab haqqındakı şahidliyi də qiyamət günündə reallaşacaq.

     

    - Quranda hz. İsanın ölümünü açıqlayan bir başqa ayə isə Məryəm surəsində keçməkdədir.

     

    Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi,33)

     

    Bu ayə Ali-İmran surəsinin 55-ci ayəsiylə birlikdə araşdırıldığında çox əhəmiyyətli bir həqiqətə işarə edir. Ali-İmran surəsindəki ayədə hz. İsanın Allah qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə və ya öldürülmə ilə əlaqədar bir məlumat verilmir. Ancaq Məryəm surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə, ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra, vəfat etməsiylə mümkün ola bilər. (doğrusunu Allah bilir)

     

    - Hz. İsanın yer üzünə dönüşünə işarə edən bir başqa ayə belədir:

     

    Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 48)

     

    Bu ayədə keçən "kitab" sözünün nəyi ifadə etdiyini anlamaq üçün mövzuyla əlaqədar digər Quran ayələrinə baxdığımızda bunu görərik: Tövrat və İncil ilə birlikdə eyni ayədə istifadə edilməsi halında kitab, Quran mənasını ifadə edir. Ali-İmran surəsinin 3-cü ayəsi buna bir nümunə olaraq verilə bilər. Bu vəziyyətdə, 48-ci ayədəki Hz. İsanın öyrənəcəyi bildirilən kitab da, ancaq Quran ola bilər. İsa Peyğəmbərin bundan təxminən 2000 il əvvəlki həyatında, Tövrat və İncil üzərinə məlumat sahibi olduğu bilinir. Quranı öyrənməsinin isə yer üzünə yenidən gəlişində reallaşacağı açıqdır.

     

    - Ali İmran surəsinin 59-cu ayəsindəki " Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir" ifadəsi də olduqca diqqət çəkicidir. Bu ayədə iki peyğəmbər arasındakı bəzi bənzərliklərə diqqət çəkilmiş ola bilər. Bilindiyi kimi, həm hz. Adəm, həm də hz. İsa atasızdır. Həm də yuxarıdakı ayədə, hz. Adəmin cənnətdən yer üzünə endirilməsi, hz. İsanın axır zamanda Allah qatından yer üzünə endirilməsinə də bənzədilmiş ola bilər.

     

    - Hz. İsanın təkrar dünyaya gələcəyi ilə əlaqədar bir başqa dəlil isə, Maidə surəsi 110-cu ayədə və Ali-İmran surəsi 46-cı ayədə keçən "kehlen" sözüdür. Ayələrdə bu şəkildə buyrulur:

     

    Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın… (Maidə surəsi, 110)

     

    O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Ali İmran surəsi, 46)

     

    Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız Hz. İsa üçün istifadə edilir. Hz. İsanın yetkin halını ifadə etmək üçün istifadə edilən "kehlen" sözünün mənası "otuz ilə əlli yaşları arasında, gənclik dövrəsini bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə" şəklindədir. Bu söz İslam alimləri arasında razılaşma ilə "35 yaş sonrası dövrə işarə edir" şəklində çevrilir.

     

    Hz. İsanın otuz yaşının əvvəlində göyə yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hadisə, İslam alimləri, hz. İsanın yaşlılıq dövrünün, təkrar dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən bu ayənin, hz. İsanın nüzuluna (yenidən yer üzünə gəlişinə) dair bir dəlil olduğunu deyirlər. (Faslul-Makal fi Refi İsa Hayyen və Nüzulihi və Katlihid-Dəccal, səh. 20)

     

    Burada əhəmiyyətli bir mövzunu da xatırlatmaqda fayda vardır: Hz. Məhəmməd (s.ə.v.) Allahın insanlara göndərdiyi son peyğəmbərdir. Allah Peyğəmbərimiz (s.ə.v.)-ə Quranı vəhy etmiş və qiyamətə qədər bütün insanları Qurana tabe olmaqla məsul tutmuşdur. Hz. İsa da axır zamanda bir möcüzə olaraq dünyaya gələcək, ancaq Peyğəmbərimiz (s.ə.v.)-in də bildirdiyi kimi, yeni bir din gətirməyəcək. Peyğəmbərimiz (s.ə.v.) tərəfindən insanlıq öyrədən haqq din Quranda bildirilən İslam dinidir və hz. İsa da yer üzünə ikinci gəlişində Qurana tabe olacaq.

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Mustafa Sunqur xəbərdar edir: "biz son dövrdəyik"

    Deməli bu an dünyanın son dövründəyik.

    "La təzalü taifətün min ümməti zahirinə aləl haqqı..",

     

    "La təzalü taifətün min ümməti" Bir məktubunda hicri 1542 (2117-ci il) edər deyir.

     

    O zamana qədər Risalə-i Nur davam edəcək.

     

    "Zahirinə aləl haqqı." "Haqq üzərində qalib olacaq."

     

    Bu tarix, yəni hicri 1506 (2082-ci il).

     

    Bu tarixə qədər gizli və aşkar, bəlkə qalibanə. Bundan sonra 1542-yə qədər 1506-cı ildən 1542-ci ilə qədər gizli və məğlubiyyət içində vəzifəni tənviriyəsinə (Bilgi vermə, aydınlaşdırma) davam edər.

     

    Deməli bu son zamanları…

     

    Nəysə, bunlar təbii ki, qeybi şeylər bir iki il olsa da çıxacaq. Əminəm çıxacaq.

     

    Biz son dövrdəyik, son zamanda, son əsrdəyik.

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Bədiüzzaman qiyamətin hicri 1545 (2120)-ci ilində kafirlərin başinda qopacağina işarə edir

    Ustadımız hədislərdə Peyğəmbərimiz (s.ə.v.)-in dünyanın ömrüylə əlaqədar verdiyi məlumatlara, hədislərdəki axır zaman əlamətlərinə və hədislərin və ayələrin əbcəd dəyərlərinə əsaslanaraq, qiyamətin hicri 1545-ci ildə qopacağını söyləmişdir. Hicri 1506-cı ilə qədər (yəni miladi 2082-ci ilə qədər) İslam "xarici və aşkar bəlkə də, qalibanə davam edəcək", hicri 1506-cı ildən sonra pozulma başlayacaq, hicri 1542-ci ilə qədər İslam gizli və məğlubiyyət içində olacaq və hicri 1545-ci ildə (yəni miladi 2120-ci ildə) də küfrün başına qiyamət qopacaq deməkdədir:

     

    Kastomonu lahikası səhifə33

    AXIR ZAMANDAN XƏBƏR VERƏN MÜHÜM BİR HƏDİS:

     

    لاَ تَزَالُ طَائِفَةٌ مِنْ اُمَّتِى ظَاهِرِينَ عَلَى الْحَقِّ حَتَّى يَاْتِىَ اللَّهُ بِاَمْرِهِ

     

    Ramazani şərifdə onuncu günün ikinci saatında birdən bu hədisi şərifi xatırladım. Bəlkə Risalə-i Nur şagirdlərinin taifəsi nə qədər davam edəcəyini düşündüyümə görə xəbərdarlıq edildi. لاَ تَزَالُ طَائِفَةٌ مِنْ اُمَّتِى (şəddə sayılar, tenvin sayılmaz) Mövqe-i əbcədi min beş yüz qırx iki edərək davamına işarə edir. ظَاهِرِينَ عَلَى الْحَقِّ لاَ يَعْلَمُ الْغَيْبَ اِلاَّ اللَّهُ

     

    (şəddə sayılar) lətifəsi də, mövqe-i əbcədi (Hicri 1506- Miladi 2082 –ci il ) edib, bu tarixə qədər xaric və aşkaranə, bəlkə qalibanə, sonra da (Hicri 1542- Miladi 2117 –ci ilə) qədər, gizli və məğlubiyyət içində nurlandırma vəzifəsinə davam edəcəyinə gizlicə işarə edir. وَ الْعِلْمُ عِنْدَ اللَّهِ لاَ يَعْلَمُ الْغَيْبَ اِلاَّ اللَّهُ

     

    حَتَّى يَاْتِىَ اللَّهُ بِاَمْرِهِ (şəddə sayılar) lətifəsi də, mövqe-i əbcədi (HİCRİ 1545- MİLADİ 2120 –ci il ) olub, kafirin başında QİYAMƏT qopmasına işarə edir. لاَ يَعْلَمُ الْغَيْبَ اِلاَّ اللَّهُ

     

    Üç lətifə bil-ittifaq min beş yüz tarixini göstərmələriylə birlikdə, tam-tamına mənalı, məqbul və hikmətli bir surətdə min beş yüz altıdan da qırx ikiyə, ta qırx beşə qədər üç inqilabı əzmin ayrı-ayrı zamanlarına tətabuq (uyğun gəlmə) və tevafuqlarıdır (bir-birinə uyma). Bu eyhamlar hərçənd tək bir təvafuq olduğundan dəlil olmaz və qüvvətli deyil, lakin, birdən xəbərdarlıq edilməsi mənə qənaət verdi. Həm qiyamətin vaxtını kimsə bilməz, lakin belə eyhamlar ilə bir cür qənaət, bir ehtimal ola bilər. Fatihədə صِرَاطِ مُسْتَقِىمٌ səhabələrinin böyük qəbiləsini təsvir edən اَلَّذِينَ اَنْعَمْتَ عَلَيْهِمْ lətifəsi, şəddəsiz 1506 və ya 1507 edərək tam-tamına ظَاهِرِينَ عَلَى الْحَقِّ lətifəsinin mövqesinə təvafuqu və mənasına tətabuqu və şəddə sayılsa لاَ تَزَالُ طَائِفَةٌ مِنْ اُمَّتِى lətifəsinə üç mənalı fərqlə tam razılığı və mənəvi razılaşması bu hədisin eyhamını təyid (qüvvətləndirmə, sağlamlaşdırma) edib gizli işarə dərəcəsinə çıxarır. Və mütəəddid ayə-i Quraniyədə صِرَاطٌ مُسْتَقِىمٌ sözü, bir mənanı gizlicə Risalətin Nura məna tərəfindən və əbcədi işarə etməsi gizlicə bir işarə ilə, Risaleyi Nur şagirdlərinin qəbiləsi, axır zamanda o böyük qəbilə əzəmin axırlarında bir hizbi məqbul olacağını işarə edər deyə, birdən xəbərdarlıq edildi.

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Rəsulallah (s.ə.v.), dünyanin ömrünün 7 min il olduğunu, bunun 5600 ilinin keçdiyini bildirmişdir

    Peyğəmbərimiz (s.ə.v.) zamanında Adəm (ə.s.)-dan bəri 5600 il keçmiş olduğunu Əhməd İbni Hanbəl İləlindən nəql olundu. İsmayıl b. Əbdülkərim, Abüssaməddən, O da, Vehbdən rəvayət etdi:

     

    DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR.(Axir zaman mehdisinin əlamətləri Cəlaləddin Suyutinin təsnifindən Hədislər, Əli ibn Hüsəməddin Əl- muttaki,səh. 88, 89)

     

    Burada vacib olan, Peyğəmbərimiz (s.ə.v.)-in sözü gedən bu təqvimin başlanğıcı üzərindən dünyanın ömrünün bu təqvimə görə, 7000 il olduğunu ümmətinə bildirməsi və özünə qədər də, bu başlanğıcdan etibarən 5600 il keçdiyini tam bir şəkildə bildirmişdir.

    7000- 5600=1400

     

    Peyğəmbərimiz (s.ə.v.) sözü gedən hədisi şərifində xüsusi bir təqvimə görə bir zaman xəbəri verir. Necə ki, hz. İsa (ə.s.)-ın doğum günü, Peyğəmbərimiz (s.ə.v.)-in Məkkədən Mədinəyə hicrəti, bir təqvim başlanğıcı olaraq və qeydə alınaraq, hicri və miladi təqvimlər yaranmışsa, eyniylə bu şəkildə Peyğəmbərimiz (s.ə.v.)-in də, o dövrdə işlədilmiş olan müəyyən bir təqvimə görə, belə bir hesablama etmiş olması ehtimal edilir. Bu an, 2010 ilində olduğumuzu deyərkən, necə dünyanın yaşının 2010 il olduğunu nəzərdə tutmuruqsa, Peyğəmbərimiz (s.ə.v.) də , hədisi-şərifində, ümmətinə, dünyanın ömrünün 7000 il olduğunu, özünə qədər də bu ömürdən 5600 il keçdiyini deyərkən, dünyanın başlanğıcından etibarən yaşını bildirir. Bu tarix, bəlkə, hz. Nuh (ə.s.), ya da, hz. İbrahim (ə.s.)-ın dünyaya gəlməsi, hz. İbrahimə peyğəmbərlik vəzifəsinin verilməsi və ya, hz. İbrahimin bir yerdən bir yerə köçməsi, ya da, hz. Nuh (ə.s.)-ın gəmiyə minib tufanın başlanması, ya da, tufanın sona çatması, başqa peyğəmbərlərin həyatlarında reallaşmış, oxşar başqa bir çox vacib hadisənin başlanğıc və bitmə tarixlərinə əsasən bir təqvim üzərindən hesablanmış ola bilər.

     

    Demək ki, peyğəmbərimiz (s.ə.v.)-in vaxtında Dünyanın ömründən sadəcə 7000 illik dövrü əhatə edən bir təqvimdən istifadə edilirdi. Peyğəmərimiz (s.ə.v.) də bu təqvimi əsas alaraq öz dövründən, İslam ümmətinin sonuna qədər olan dönəmə aid bəzi məlumatlar verdi.

     

    Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən hədisə əsasən Suyuti Həzrətlərinin etdiyi açıqlamada, ümmətin ömrünün Hicri 1500-cü illəri keçməyəcəyi bildirilmişdir:

     

    “MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK.”( Suyuti, el- Keşfu an Mücavəzəti Hazihil ümmətin el- Elfu, el- havi lil Fetavi, Suyuti. 2/248, təfsiri Ruhul Bəyan. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hanbəl, Kitabul- İlel, səh. 89.)

     

    Böyük əhli sünnə alimi Bərzənci Həzrətləri, ümmətin ömrünü Hicri 1500-cü ili keçməyəcəyini ifadə edir:

     

    “BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, ANCAQ, MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK...” (Qiyamət əlamətləri,Mədinəli Allamə Məhəmməd b. Rəsul əl- Hüseyni əl-Bərzənci, Pamuk nəşriyyatı. İstanbul, 2002, səh. 299)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Peyğəmbərimiz (s.ə.v.)-in dünyanin ömrünün 7 min il olduğu ilə əlaqəli hədisi şərifləri

    lectus etdol orese magna aliqua Ut enim ad minu

    Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən dünyanın ömrü ilə əlaqəli səkkiz hədis belədir: İbni Asakir deyir ki: Əbu Səid Ahməd b. Məhəmməd Bağdadi (aradakı ravi silsiləsi ilə) rəvayət etdi. Ənəs b. Malik (r.ə.)-dən, O, dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəyərsə, Allah Təala onun üçün, gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi BU DÜNYANİN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİ QƏDƏR SAVAB YAZAR.

     

    Ibni Abiy deyir ki: Əbu İshaq İbrahim b. Abdullah Nəbti, (aradakı ravi silsiləsi) rəvayət etdi. Ənəs b. Malik (r.ə.)-dən, o dedi ki, Rəsulallah (s.ə.v.) buyurdu: DÜNYANIN ÖMRÜ GÜNLƏRDƏN YEDDİ GÜNDÜR. ALLAH TƏALA BUYURDU Kİ: “SƏNİN RƏBBİNİN YANINDAKI BİR GÜN, SİZİN SAYDIĞINIZDAN MİN İL KİMİDİR.” Ibni Əbu Dünya, Zəmmil Əməlidən deyir ki: Əli b. Səid, Həmzə b. Hişandan, o da, Səid b. Cubeyrədən rəvayət etdilər ki, DÜNYA, AXİRƏT HƏYATININ BİR HƏFTƏSİDİR.

     

    Ibni Əbu Hatəm, təfsirində ibni Abbasdan rəvayyət etdi ki: DÜNYA, AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏ OLUB, YEDDİ MİN İLDİR VƏ BUNUN ALTI MİN İLİ KEÇMİŞDİR. İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır. O DEDİ Kİ: DÜNYA YEDDİ GÜNDÜR. HƏR BİR GÜN MİN İL KİMİDİR VƏ RƏSULULLAH (S.Ə.V.) DƏ ONUN SONUNDA GÖNDƏRİLDİ. Əshabı Kiramın gördüyü bir yuxuya, Tabarani Kəbir də deyir ki, Əhməd b. Nadrəl- Askarai və Cəfər b. Məhəmmədül Fəryabi nəql etmişlər ki, (Ravi silsiləsi ilə) Daqqaq b. Zeydi Cühenidən rəvayət etdilər: O dedi ki, mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v.)-ə danışdım. Bu yuxuda, Peyğəmbər (s.ə.v.) yeddi pilləkənli minbərin ən yuxarı pilləsində idi. O BUYURDU Kİ: YEDDİ PİLLƏKƏNLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR, MƏN DƏ ONUN SON PİLLƏSİNDƏ OLACAĞAM.

     

    Ibni Abdül Həmid, təfsirində deyir ki, Məhəmməd b. Fadl Hammad b. Zeyddən, o da, Yahya b. Atikdən, o isə, Mühəmməd b. Sirindən, o da, müsəlman olmuş kitab əhli birisindən rəvayət etdilər ki, ALLAH GÖYLƏRİ VƏ YERİ ALTI GÜNDƏ YARATMIŞDIR. RƏBBİMİN YANINDA BİR GÜN, SİZİN DÜNYA HƏYATINDA SAYDIĞINIZ MİN İL KİMİDİR VƏ DÜNYA ƏCƏLİ ALTI GÜNDÜR, YEDDİNCİ GÜNDƏ QİYAMƏT QOPACAQDİR. ALTI GÜN KEÇMİŞDİR VƏ BİZ YEDDİNCİ GÜNDƏYİK.

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Qiyamətin vaxtı qeyb xəbəridir, ancaq Allah qeybi istədiyi peyğəmbərlərinə bildirəcəyini demişdir

    Adnan Oktar: Qiyamət əlamətlərini Peyğəmbər Əfəndimiz (s.ə.v.) təfsilatlı olaraq nə üçün demişdir? Nə üçün alimlərimiz, əhli-sünnə alimləri səhifələrlə axır zaman əlamətlərini kitablarına aldılar. O zaman o düşüncəyə, o məntiqə görə heç bir mənası qalmamış olur. Halbuki, onların çox böyük mənaları var, mesajları var və qiyaməti öyrənmək də vacib məlumatdır. Cənabı-Allah, ayədə “Qeybi mən bilirəm” deyir, ancaq “Mən Qeybi kimsəyə bildirməyəcəm” demir. Qiyamət də bir qeyb xəbəridir, amma onu heç kimsəyə bildirməyəcək deyə bir hökm yoxdur. Cənabı-Allah istəsə bir quluna qeybi bildirə bilər, qeyb xəbərlərini məlum edə bilər. Yəni, sabah nə olacağını, harada öləcəyimizi biz bilə bilmərik. Amma, Cənabı-Allah bildirsə bilərik. Elçilər, Peyğəmbərlər bilirlər. Ona görə də, Allah Peyğəmbər Əfəndimiz (s.ə.v.)-ə axır zamanda baş verəcək bütün hadisələri bildirmişdir. Məsələn, hz. İsa Məsih (ə.s.)-ın nüzulu haqqında Cənabı Allah nə deyir? Şeytandan Allaha sığınıram: “ O, qiyamət üçün bir əlamətdir” deyir. Bəs nə üçün Allah bildirir onu? “Qiyamət üçün bir əlamətdir” Heç bir mənası yoxdursa Rəsulallah (s.ə.v.) bunu nə üçün desin? Məsələn, Peyğəmbərimiz (s.ə.v.) “ Dünyanın ömrü 7 min ildir” deyir, “5600 ili keçmişdir” deyir. Boş yerə deyilmiş bir sözdür? Əlbəttə, bunun bir mənası var. 7 min ildən 5600-ü çıxdığımızda 1400 qalır. Demək ki, 1400-1500 arasında ümmətinin ömrü var. Amma, bu qiyamət tarixi deyil. Qiyamətin tarixi ayrıdır. Yəni, insanlarda bir imansızlıq cərəyanı başlayacaq. Hicri 1506-1507-ci illərə qədər İslam davam edəcək. Ancaq 1506-1507-ci illərdən sonra İslam geriləməyə başlayacaq. Səid Nursi bu geriləmə “1543-cü ilə qədər davam edəcək” deyir. “1543-cü ildən sonra da tam dinsizlik hakim olacaq” deyir. “2 ilə kimi tam dinsizliyin hökm sürəcəyi bir dönəm olacaq” deyir. “1545–ci ildə Allahın izniylə qiyamət qopacaq” deyir. Bunu deyərkən təbii ki, bir çox hədisə əsaslanaraq deyib. Bir çox izaha əsaslanır, Rəsulullah (s.ə.v.)-in izahlarına əsaslanır. Məsələn, “biz qiyamətə 1 milyon il var” deyə bilmərik, və yaxud, ”qiyamət bu anda qopa bilməz“ də deyə bilmərik. Bu an qiyamət qopa bilər, sabah da qopa bilər, 1545-ci ildə də qopa bilər, inşaAllah. Amma, bu zənni yəqinliklə xəbər verir. Vaxtı gəldiyində insanlar bunu görəcəklər. Məsələn, baxın, Səid Nursi, Mehdi (ə.s.)-ın zamanını bildirir, doğru çıxır. “Mehdi (ə.s.) hicri 1400- də çıxacaq” dedi, “ təxminən 30- 40 illik bir fəaliyyəti olacaq” deyir. “30-40 illəri belədir” deyir. “Sonra səltənət və siyasət sahəsindəki fəaliyyəti vardır” deyir.

     

    Səid Nursinin dediyinin eyni şəkildə çıxdığını görürük.

    Mehdi (ə.s.)-ın gəldiyi görünür. Yəni, bütün əlamətləri ilə görülür. Hədislərdə də, əlamətlərindən də açıqca görülür. Yəni, Firatın suyunun kəsilməsi, Ramazan ayında 15 gün ara ilə ay və günəşin tutulması, Kəbə hücumu, Əfqanıstanın işğalı, İran-İraq müharibəsi kimi 150 dənə əlamət zühur etdi. Demək ki, doğruymuş. Bu halda Mehdi (ə.s.)-ın gəlişini bilirsə, 1971- ci ildəki hadisələri demiş və eyniylə çıxmış, 81-ci ili demiş və eynisi çıxmış. 28 Fevralı bildirir. 28 Fevralda olacaq hadisələri 60 il əvvəl bildirir, elə deyilmi? 60- 70 il əvvəldən bildirib və eynisi çıxdımı? Çıxdı. 91, 2001-ci illərə aid nə dedisə çıxdı. 2011-2012-ci illərə dair digər dedikləri də çıxmış. Qəbrinin dağıdılacağını demiş, o da çıxmış. Öləcəyi tarixi bildirmiş, Rusiyanın dağıdılacağı tarixi deyib. Dediklərinin hamısı doğru çıxmış. Gözləsələr onun da doğru olacağını görəcəklər. (Hörmətli Adnan Oktarın 28 noyabr 2009-cu il tarixində Kanal Urfa və Kral Qara dəniz tv-də canlı olaraq göstərilən reportajından.)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Allah Peyğəmbərimiz (s.ə.v)-ə qeyblə əlaqəli bəzi hadisələri göstərmişdir

    APARICI: “Bəzi ayələrdə qeybi tək Allahın biləcəyindən bəhs edilir. Ancaq bir çox hədisdə Peyğəmbərimiz (s.ə.v)-in gələcək üçün də söylədiyi sözlər vardır və bunlar bir-bir reallaşır. Məsələn, indiki vaxtda yüksək binaların tikiləcəyi ilə əlaqədar bir hədis var. O dövrdə evlər həmişə tək mərtəbəli olmağına baxmayaraq Peyğəmbərimiz (s.ə.v)-in bunu necə bildiyini izah edə bilərsinizmi?"- deyə tamaşaçının sual verdiyini bildirir.

     

    ADNAN OKTAR: Qeyb, Allahın bildirməsiylə insanların biləcəyi bir şeydir. Allah seçdiyi qullarına qeybi bildirəcəyini Quranda bildirir. Seçdiyi, uyğun hesab etdiyi qullarına qeybi bildirəcəyini bildirir. Seçdiyi qullarından biri də, Peyğəmbər Əfəndimiz (s.ə.v)-dir. Bütün gələcək Peyğəmbər Əfəndimiz (s.ə.v)-in gözlərinin önünə sərilmişdir. Yəni zamanın xaricinə çıxmışdır, bütün zamanı tək bir an içərisində hamısını görmüşdür. Bütün hadisələri, olmuş, olacaq hadisələrin hamısını görmüşdür. Qiyamətə qədər olacaq hadisələri də görmüşdür. Sonra da səhabələrə bunları zaman içərisində yavaş-yavaş köçürmüş və izah etmişdir. Minlərlə izahatı olmuşdur. Bunlar da hədis olaraq bizlərə gəlmişdir. Zamanı gəldikdə hadisələr olur və hadisələr olduqca da hədislərin doğru olduğunu görürük. (Hörmətli Adnan Oktarın 3 fevral 2009 tarixində Mavi Qaradəniz TV-də canlı olaraq yayımlanan reportajından)

     

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Hörmətli Adnan Oktarin qeyb haqqında verdiyi əhəmiyyətli məlumatlar

    Quranda rəbbimiz, qeyb xəbərlərini dilədiyində elçilərinə açacağını bildirmişdir.

    ADNAN OKTAR: Qeyblə əlaqədar tez-tez xalq arasından bir qisim kəslər çoxbilmişlik edirlər. Bu mövzunu bir daha söyləyim ki, bundan sonra bu mövzu gündəmə gəlməsin inşaAllah. Şeytandan Allaha sığınıram:

     

    "De ki: ‘Göylərdə və yerdə qeybi Allahdan başqa heç kim bilməz.' Onlar nə vaxt diriləcəklərinin şüurunda deyillər..." (Nəml surəsi, 65)

     

     

    "Qeybin açarları Onun Qatındadır, Ondan başqa heç kim qeybi bilməz..."( Ənam surəsi, 59)

     

    Allah ayədə qeybi heç kimin bilmədiyini deyir. Allahdan başqa heç kim qeybi bilməz. Bəziləri isə, ayədə də qeybi heç kimin bilmədiyini göstərərək: "Bax, Allah burada qeybi kimsə bilməz deyir, o zaman siz necə qeyblə əlaqədar hədis bildirirsiniz, mövzu bildirirsiniz, bu necə olar? Bu səhvdir" -deyirlər. Onlar ayəni düzgün başa düşmürlər. Məsələn, axır zamanda baş verəcək hadisələri, başqa hadisələri də izah etdiyimizdə, Peyğəmbər (s.ə.v) bunu söylədi dediyimizdə: "Elə şey olmaz, qeybi Allahdan başqa kimsə bilməz, bu Qurana ziddir” -deyirlər. Quranın bir qismini qəbul edib (Nəml surəsi, 65-ci ayə: "Ondan başqa heç kim qeybi bilməz.") digər qismini isə qəbul etmirlər, bu da çox səmimiyyətsiz bir rəftardır. Allah Quranda, ayrıseçkilik edənlərdən bəhs edir. Belə etmək olmaz, Quranın tamamilə qəbul etmək lazımdır.

     

    Bax, Cənabı Allah Cin surəsi, 26-cı ayədə deyir: "Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz." Yəni heç kimə bildirməz. "(Ona mütəli etməz) ancaq"- buradakı “ancaq” sözü ilə Allah istisna bir vəziyyət yaradır. Cənabı Allah Cin surəsi, 27-ci ayədə: "Ancaq elçiləri (peyğəmbərləri) içində razı olduğu (seçdikləri kəslərdən) başqa..." – deyir. Yəni, onlara (elçilər vəsiləsiylə) bildirər. İndi bu cavabla mövzu bağlanmış olur. Deməli, qeyb Allah tərəfindən elçilərinə bildirilir, onlar da bizə bildirirlər. Yəni qeyb naməlumdur deyildiyində Cənabı Allah, bunu nəzərdə tutub: "Mən bilərəm və Mən bildirsəm siz də bilərsiniz.” Bunu izah edə bilməsələr olmaz.

     

    "Allah sizə qeybi də bildirən deyildir." – deyir. Yəni, qeybi sizə bildirəcək deyildir. "Amma, Allah elçilərindən dilədiyini seçər." Burada "Amma" sözü istisna bir vəziyyət meydana gətirir, diqqət yetirin. Yəni onlara qeybi bildirər. "Elə isə siz də Allaha və elçisinə iman edin, əgər iman edib və Allahdan qorxsanız sizin üçün böyük bir əcr vardır." (Ali-İmran surəsi, 179) Burada, Cənabı Allah bu hökmünü necə tətbiq etdiyini izah edir, qeybi necə bildirdiyini izah edir. Ali-İmran surəsi, 44- cü ayədə: "Bunlar, qeyb xəbərlərindəndir" -yəni naməlumdur, Allah heç kimin bilmədiyi məlumatlardır deyir. Bir tək Allahın bildiyi məlumatlardır. Allah "Bunları sənə vəhy edirik"- buyurur. Yəni, heç kimin bilmədiyi gizli məlumatı, dünyada heç kimin bilməyəcəyi məlumatı onlara bildirəcəyini deyir. Deməli, Allahın vəhy etməsi ilə qeyb bilinirmiş. Baxın, Hud surəsi, 49-cu ayədə Cənabı Allah belə buyurur: "Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir." Allah Peyğəmbərinə qeyb xəbərini vəhy edir. "Bunları sən və qövmün bundan əvvəl bilmirdiz."- deyir. Qeyb olduğunu bilə bilməzdilər, inşaAllah. Allah onu vurğulayır.

     

    Cənabı Allah Yusuf surəsi, 102-ci ayədə belə buyurur: "Bu, sənə (ey Məhəmməd) vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Yoxsa onlar, (Yusifin qardaşları) o hiyləli-nizamı qurarkən, edəcəkləri işə birlikdə qərar verdikləri zaman sən yanlarında deyildin." Yəni keçmiş bir hadisə ilə gələcəyin arasında fərq yoxdur. Keçmişdə bilinməyənlər ilə gələcəkdə bilinməyənlər eyni hökmdədir. Məsələn, deyirlər ki, gələcək də, keçmiş də naməlumdur. Yəni kimsə bilmir, çünki unudulmuş məlumatdır. O insanlar ölüb gedib. Geriyə nə qalır? Yalnız Allahın bildiyi qeyb xəbəri qalır. Allah gələcəyi də bilir, keçmişi də bilir. Hər ikisinə də qeyb deyilir, hökmü eynidir. Keçmişlə gələcəyin heç bir fərqi yoxdur. Çünki zaman keçdikcə, keçmiş deyilən şey eyni zamanda gələcəkdir. Gələcək şey də eyni ilə keçmişdir. Çünki, tək bir an içərisində olduğunu insan düşünsə dərhal başa düşər. Məsələn, Hz. İsa (ə.s.) çoxdan gəldi, Peyğəmbərimiz (s.ə.v)-in yanına çoxdan basdırıldı. Bu nə olur? Keçmiş olur. Eyni zamanda da, gələcək olmuş olur. Mehdi (ə.s.) çoxdan gəldi. Vəzifəsini çoxdan yerinə yetirdi. Çoxdan vəfat etdi, çoxdan axirətə getdi. Bu nədir? Keçmiş, bitmiş zaman. Eyni zamanda gələcək.

     

    "Məndən sonra adı Əhməd olan bir elçinin də müjdələyicisiyəm..." (Səff surəsi, 6) Allah burada Əhməd adında bir adamın gələcəyini qeyb xəbəri olaraq bildirir. Gələcəkdən xəbər verir. Yəni neçə əsr qabaqdan xəbər verir. Bu qeyb xəbəridir. (Hörmətli Adnan Oktarın 26 Mart 2010 tarixində www.HarunYahya.tv də canlı olaraq yayımlanan reportajından)

     

     

    Geri

     

     

     

  • Əsas menuya qayıt

    Peyğəmbərimiz (s.ə.v)-in axir zamanada baş verəcək hadisələri xəbər verdiyi bəzi hədislər

    Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi və yaşadığımız dövrdə reallaşmış olan bir çox hadisə də vardır. Hz. Məhəmməd (s.ə.v.) öz yaşadığı dövrdən 1400 il sonrasında meydana gələcək hadisələri, sanki o dövrü izləmiş kimi təfsilatlı olaraq izah etmişdir. Kometanın görünməsi, İran-İraq döyüşü, Kəbə basqını, günəşdən bir əlamətin meydana çıxması, saxta məsihlərin ortaya çıxması, fitnələrin çoxalması və əxlaqi çöküş kimi əlamətlər, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın nüzulundan əvvəl axır zamanda yaşanacaq olan əlamətlərin yalnız bir neçəsidir.

     

    Kutubu Sittə muhəddisləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbni Macə və daha bir çox muhəddis (hədis alimi), Peyğəmbərimiz (s.ə.v)- dən rəvayət edilən hədislərdəki bu qeyb xəbərlərinin doğruluğu haqqında ittifaq halındadırlar. Necə ki, Peyğəmbər Əfəndimiz (s.ə.v)-in xəbər verdiyi qeyb xəbərlərinin hamısı reallaşmış və reallaşmağa da davam etməkdə, insanlar bu möcüzələrə şahid olmaqdadırlar.

     

     

    Kəbə basqını (Hicri 1400-ün ilk günü - 1 MƏHƏRRƏM 1400) (1979)

     

    İnsanlar başlarında bir imam olmadan həcc edərlər. Minaya endiklərində ətrafları, itlər sarıyan kimi sarılıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 35)

     

     

    Kəbədə qan axıdılması (1987)

     

    Rəsulullah buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zilqaidədə qəbilələr arasında döyüş olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı bir döyüş olar, belə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır zaman, səh. 31)

     

     

    Şərq tərəfdən gecəni işıqlandıran böyük bir alovun görülməsi (1979)

     

    Hüseyn b. Əli (r.ə)-dən belə rəvayət olunmuşdur: "SƏMADA ŞƏRQ TƏRƏFDƏN, GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR ATƏŞ GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN, HZ. MEHDİ (Ə.S.)-IN GƏLİŞ VAXTIDIR." (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)

     

     

    İran-İraq döyüşü (1980)

     

    Şəvval ayında qiyam Zilqaidədə hərb danışmaları, Zilhiccədə isə hərb baş verəcək. (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, səh. 166)

     

     

    Fərat çayının suyunun kəsilməsi

     

    Fərat Çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün müharibə edəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər adam, "kaş ki, xilas olan mən olsaydım", deyəcək, buyurmuşlar. (Səhihi Müslim, 11/320)

     

     

    İraqlıların pulu qalmayacaq

     

    "İraqlıların əlində ölçəcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri bir pulları qalmayacaq." (Kenzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, c. 5, səh. 45)

     

     

    Bağdadın alovlarla yox edilməsi

     

    Axır zamanda Bağdad alovlarla yox edilər... (Risalət-ül Huruc-ül Mehdi, Dəri 3, səh. 177)

     

     

    Bir ordunun itməsi

     

    Hz. Mehdi (ə.s.)-ın beş əlaməti var. Bunlar Süfyani, Yəməni, səmadan bir çağırış, Beydada bir ordunun batışı və günahsız insanların öldürülməsidir. (Naim Min Hammad)

     

     

    Əfqanıstanın işğalı (1979)

     

    Talikana (Əfqanıstana) yazıq oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır." (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır zaman, səh. 59)

     

     

    Ramazan ayında 15 gün arayla ay və günəş tutulması (1981-1982)

     

    Hz. Mehdi (ə.s.) üçün 2 əlamət vardır ki... Bunun birincisi, ramazanın birinci gecəsi ayın, ikincisi də ortasında günəşin tutulmasıdır. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47) Ramazanın birinci gecəsi ay, ortasında günəş tutulacaq. (Məhəmməd B. Rəsul Əl Hüseyin Əl Bərzənci, Qıyamət Əlamətləri, səh. 199)

     

     

    Fitnələrin artması

     

    "Fitnələr olacaq. O fitnələrdə oturan ayaqda olandan, ayaqda olan gedəndən, gedən qaçandan daha xeyirli olacaq. Ona yaxınlaşan özünü qurtara bilməyəcək. Kim o fitnələrdə bir sığınacaq tapsa, onunla özünü qurtarsın." (Buxari, Fiten: 9; Müslim, Fiten: 10; Tirmizi, Fiten: 29.)

     

     

    Kometanın keçməsi - HALLEY KOMETASI (1986)

     

    O gəlmədən əvvəl, şərqdən işıq verən bir kometa görünəcək. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

     

     

    Buynuzu xatırladan iki uclu ulduzun çıxması - LULİN KOMETASI (2009)

     

    Rəsulullah (s.ə.v.) Əfəndimiz belə buyurmuşdur: "Vəd edilən Mehdi (ə.s.)-ın zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ, MÜNƏVVƏR BİR BUYNUZ ÇIXAR." (İmamı Rəbbani, Məktubatı Rəbbani, 381. Məktub, səh. 1184)

     

     

    İqtisadi vəziyyətin pisləşməsi

     

    İşlərin səmərəsiz getməsi. Hər kəs "sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!" deyə şikayətlənəcək. (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Əlamətləri, s. 152, Əbu Davuddan; Gələcəyin Tarixi 4, səh. 30)

     

     

    Azərbaycanın işğal edilməsi (1990)

     

    ...Əbu Basar deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ALOV ÇIXACAQ. VƏ HEÇ BİR ŞEY ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLDUĞU ZAMAN EVİNİZDƏ OTURUN. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun). Və bizim başçımız (Hz. Mehdi (ə.s.)) hərəkət etdiyində sürətlə və heç dayanmadan ona doğru qaçışın... (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı səh. 311)

     

     

    Tozlu dumanlı bir fitnə (11 Sentyabr)

     

    Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək... (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır zaman, səh. 26)

     

     

    Quraqlığın yaşanması

     

    "Dəccalın çıxmasından əvvəl səma üç il yağışını saxlayar. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdırar. Yer üzü, bitkisinin üçdə birini bitirməz. İkinci ildə səma normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə səma yağışının hamısını kəsər, yer üzü də bitkisindən heç birini bitirməz." (Əbu Davud, İbni Macə, Tabərani; Gələcəyin Tarixi 3, səh. 241)

     

     

    Zəlzələlərin çoxalması

     

    "ZƏLZƏLƏLƏR ÇOXALMADIQCA, fitnələr üzə çıxmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz." (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, səh. 109)

     

    "Ümmətimdə ZƏLZƏLƏLƏR olar. Belə ki, BU ZƏLZƏLƏLƏRDƏ ON MİN, İYİRMİ MİN, OTUZ MİN ADAM ÖLƏR. Allah, bu ölümü müttəqilərə öyüd, möminlərə rəhmət, kafirlərə isə əzab edər." (İbni Asakır, Gələcəyin Tarixi 1, Orxan Bəydən, Mövsüm Nəşriyyat, səh.81)

     

     

    Vatikanda zəlzələ (2009)

     

    "… Hz. Mehdi (ə.s.) və tələbələri… (Romanı) təsbeh və təkbirlə fəth edəcəklər… O şəhərin (VATİKANIN) divarları bir-bir yıxılacaq..." (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, səh. 204)

     

    Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-in qeyb xəbəri olaraq həm Hz. İsa (ə.s.), Hz. Mehdi (ə.s.) və axır zaman əlamətləri, həm də keçmişdə yaşanmış hadisələr haqqında bildirdiyi möcüzələr bütün Müsəlmanlar üçün böyük bir müjdə, Allahdan bir kömək və lütfdür. Bu möcüzələr, Allahın icazəsiylə iman edənlərin imanlarını daha da gücləndirəcək və Allahın Peyğəmbərimiz (s.ə.v)-ə endirdiyi Müqəddəs kitabı Qurani Kərimə daha böyük bir şövqlə bağlanmalarına vəsilə olacaq bir dəlildir.

    Geri

     

     

  • Əsas menuya qayıt

    Peyğəmbərimiz (s.ə.v.)-ə qiyamətə qədər olan bəzi hadisələrin bildirildiyinə dair hədislər

    Allahın aləmlərə rəhmət olaraq göndərdiyi müqəddəs Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), həm Quran ayələriylə, həm də xüsusi olaraq özünə gələn vəhy nəticəsində, keçmişlə, yaşadığı zamanla və gələcəklə əlaqədar məlumatlar almışdır. Allahın diləməsiylə, bir çox mövzuda kimsənin bilməyəcəyi qeyb məlumatına sahib olmuşdur. Bu elm vəsiləsiylə çətinlik zamanlarında Müsəlmanları fəthlə müjdələmiş, daha bir çox müjdə verərək onların şövqlərini artırmışdır.

     

    Peyğəmbərimiz (s.ə.v.)-in Müsəlmanlara əvvəlcədən müjdəsini verdiyi bu hadisələr, bir möcüzə olaraq ard-arda reallaşmışdır:

     

    Hz. Huzeyfə izah edir: "Rəsulullah (s.ə.v.) bir gün qalxdı, bizə qiyamətə qədər olacaq şeyləri izah etdi. Bunları unudan unutdu. Bu yoldaşlarım bunu bilərlər. Rəsulullah (s.ə.v.)-in bir vaxt xəbər verib, mənim zamanla unutduğum şeyləri, o şey olduğunda (baş verəndə) xatırlayıram. Eynilə, adam birini yoxluğunda xatırlamayıb onu gördüyündə tanıması kimi..." (Tirmizi, Fiten: 23)

     

    Yenə o belə demişdir: "Rəsulullah (s.ə.v.) mənə qiyamətə qədər olacaq hadisələri izah etdi. Mən ona olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım. (Müslim, Fiten və Eşratus-Saat (18/16 Nevevi Şərhi)

     

    Əbu Zeyd Əmr b. Ahtab əl-Ənsarı (r.a.) belə demişdir: "Rəsulullah (s.ə.v.) bizə səhər namazını qıldırdıqdan sonra minbərə çıxdı, günortaya qədər xütbə verdi və endi. Namazı qıldı. Sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri izah etdi. Onları ən yaxşı bilənimiz ən çox əzbərləyənimizdir." (Müslim, Fiten və Eşratus-Saat (18/16 Nevevi Şərhi)

     

    Huzeyfə b. Yeməyin (r.a.) belə demişdir: "Vallah mən qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Rəsulullah (s.ə.v.) mənə gizli olaraq izah etdiyi bu şeyləri başqa kimsəyə izah etməmişdir. Lakin Rəsulullah (s.ə.v.) fitnələri, mənim də içində olduğum bir məclisdə izah edirdi. Fitnələri sayaraq dedi ki: (Onlardan üç dənəsi haradasa heç bir şeyin arxasını buraxmaz, bəziləri yaz küləyi kimidir. Kiçiyi də vardır, böyüyü də.)" Huzeyfə belə demişdir: "Məndən başqa o məclisdə olan insanların hamısı getdi." (Müslim, Fiten və Eşratus-Saat (18/16 Nevevi Şərhi)

     

    Rəsulullah (s.ə.v.), özünün bu fərqliliyinə bu sözləriylə diqqət çəkir: "Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm." (Tirmizi, Zühd: 9; İbn Macə, Zühd, 19 D. əl-Marife, Beyrut, 1996)

     

    Bir gün Rəsulullah (s.ə.v.) mehrabda ikən deyir: "Tərəflərinizi düzgün tutun. Mən sizi önümdə ikən gördüyüm kimi, kürəyim dönük olduğunda da görərəm." (Buxari, Azan: 72)

     

    Geri

     

     

  • Əsas menuya qayıt

    Allahin qeybi elçilərindən dilədiyinə bildirdiyinə dair Quran ayələri

    1. QEYBİ ALLAHDAN BAŞQA KİMSƏNİN BİLMƏYƏCƏYİNƏ DAİR AYƏLƏR

     

    "De ki: "Göylərdə və yerdə qeybi Allahdan başqa kimsə bilməz. Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!." (Nəml surəsi, 65)

     

    "Qeybin açarları Allahın yanındadır, Ondan başqa heç kim qeybi bilməz..." (Ənam surəsi, 59)

     

     

    2. ALLAH QULLARINDAN DİLƏDİKLƏRİNƏ QEYBİ BİLDİRƏR

     

    Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa... (Cin surəsi, 26-27)

     

    ... Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz elçilərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də, Allaha və Onun elçilərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir! (Ali İmran surəsi, 179)

     

    Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: "Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin. (Al-i İmran surəsi, 44)

     

    Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)

     

    Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin! (Yusuf surəsi, 102)

     

    Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər. (Səff surəsi, 6)

     

     

    HZ. İSA (Ə.S.)

     

    ... Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır. (Ali İmran surəsi, 49)

     

     

    HZ. YUSUF (Ə.S.)

     

    Dedi ki: "Sizə ruzi veriləcək bir yemək gələcək olsa, mən sizə onun daha gəlmədən əvvəl nə olduğunu xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir... (Yusuf surəsi, 37)

     

     

    HZ. MƏHƏMMƏD (S.Ə.V.)

     

    Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!" - deyə cavab vermişdi. (Təhrim surəsi, 3)

     

     

    Geri

     

  • Əsas menuya qayıt

    Allah qullarindan dilədiyinə qeyb haqqında məlumat verər

    İnsanın hissləri vasitəsi ilə qavraya bilmədiyi, gələcəyə və keçmişə dair hadisələri, "qeybi", yalnız üstün güc sahibi olan Allah bilir. Kainatda və digər bütün aləmlərdə meydana gələn hər hadisə, Allahın məlumatı daxilində və nəzarəti altındadır. Ancaq bəzi dairələrdə "qeyb" mövzusu səhv başa düşülür. Edilən şərhlərdən görülür ki, bu kəslər, Allah Qatında gizli olan qeyb məlumatının Allah tərəfindən dilədiyi elçilərinə və elm sahibi qullarına bildirilə biləcəyi mövzusunda yetərli bir məlumata sahib deyildirlər. Halbuki Qurani Kərimdə bildirilir ki, Rəbbimiz Öz Qatında gizli tutduğu məlumat və qeyb xəbərlərindən dilədiyi qədər elçilərindən bəzilərinə açar.

     

    Allahın xüsusi elm verdiyi kəslər, bu elm sayəsində Allahın izniylə keçmişdən və gələcəkdən xəbər verə bilir, yaşanan hadisələrin iç üzünü görür, bunlardan fərqli nəticələr çıxara bilirlər. Məsələn, Quranda bildirilən və Hz. Musa (ə.s), Allahın ona elmindən öyrətməsi üçün tabe olduğu elm sahibi olan adamlardan biridir. Hz. Xızır (ə.s), Allahın ona bildirdiyi qədər hadisələrin iç üzünü, necə inkişaf edəcəyini belə biləcək bir elmə malikdir. Bu səbəblə, inkişaf edəcək hadisələrə görə, əvvəldən tədbir ala bilir. Uca Allahın qədərdə (taledə) təyin etdiyi bu tədbirlər, kənardan baxan və bu elmin şüurunda olmayan birinə çaşdırıcı gələ bilər.

     

    Quranda bildirildiyi kimi; Peyğəmbər Əfəndimiz (s.ə.v)-ə də, Allahın izniylə qeybdən, gələcəyə dair bir çox xəbərlər vermiş, Hz. Yusuf (ə.s) da, yaşanacaq hadisələri əvvəldən bilmiş və yuxuları şərh edərək (Yusuf surəsi, 21) meydana gələcək hadisələri izah etmişdir.

     

    Hz. Süleyman (ə.s)-a isə, bəzi canlıların danışıq dili öyrədilmiş, quşlar, şeytanlar və küləklər əmrinə verilmişdir. (Sad Surəsi, 36-38)

     

    Geri

     

  • Əsas menuya qayıt

    Giriş

    Bədiüzzaman Həzrətləri, "Qiyamət 300 il sonra qopacaq" deməmişdir, "Allahualəm, Hicri 1545-ci ildə qiyamət qopacaq" demişdir. Bəzi Nur tələbəsi olan qardaşlarımız "Mehdiyyət dövrü 300 il davam edəcək" deyərək, qiyamətin 300 il sonra qopacağını iddia edib və Bədiüzzaman Həzrətlərinin Risalə-i Nurda heç vermədiyi bir tarixdən bəhs edirlər.

     

    Məsələn, Məmməd Əli Qaya “Əsrlərin Rəhbərləri Mücəddidlər” adlı əsərində belə söyləyir:

    "Mehdidən sonra qiyamətə qədər keçəcək dövrə, Mehdi dövrü deyilir. Bu dövr 300 ilə qədər davam edəcək. Bədiüzzaman buna, "300 il sonra gələcək tənqidat-ı təkəbbür məhkəməsindən gələn tənqidlərə, yenə eyni həqiqətlərlə cavab verərəm, ancaq o zamanın libasını geydirərəm" ifadələriylə işarə edir." (Əsrlərin Rəhbərləri Mücəddidlər, səh. 248)

     

    Ustadımızın "300 il sonra gələcək tənqidlərə eyni həqiqətlərlə cavab verərəm" sözü "Həyat tarixçəsində (Tarixçə-i Hayat)" keçən bir ifadəsidir və bu sözün Mehdiyyətlə və qiyamətin tarixiylə heç bir əlaqəsi yoxdur:

     

    Ey paşalar, zabitlər! Var qüvvətimlə deyirəm ki:

    Qəzetlərdə nəşr etdiyim bütün məqalələrimdəki (yazılarımı) ümumi həqiqəti son dərəcədə düzgünlüklərini isbatlayaram. Əgər keçmiş zamanda Əsri Səadət məhkəməsinə şəriət ədaləti ilə dəvət olunsam, nəşr etdiyim həqiqəti eynilə ortaya çıxardacam. O zamanın dəbinə görə bir libas geydirəcəyəm. Əgər gələcək zamanda üç yüz il sonrakı tənqidatı təkəbbür məhkəməsindən tarix çağırışı ilə mühakimə olunsam; yenə bu həqiqətləri, qəlb fərahlığı ilə çatlayan bəzi yerlərini yamamaqla birlikdə, təzə olaraq orada da göstərəcəyəm. Demək, həqiqət dəyişməz. Həqiqət haqqdır. "Haqq daim üstün gələr; haqqa qələbə çalınmaz." (Kəşfü'l-Hafa, 1:127, Hədis Nömrə: 362.) Millət artıq oyanmış, boş söz və hiyləgərlik ilə aldatmalar olunsa, davam etməyəcəkdir. Həqiqət hesab edilən xəyalın ömrü qısadır. Coşan xalq düşüncəsi ilə o aldatmacalar və çaşdırmacalar dağılacaq və həqiqət meydana çıxacaq, İnşaAllah. (Tarixçə-i Həyat, səh. 76)

     

    Ustadımız burada təşbehli bir ifadəylə yazılarında yer verdiyi həqiqətləri müdafiə etmək üçün keçmişdən də olsa, gələcəkdən də olsa, özünə yönələcək bütün tənqidləri cavablandıracağını izah edir. "Əsri Səadət dövründən də olsa, 300 il sonrasından da olsa, yazdıqlarıma etiraz edilərsə, yazdıqlarımı müdafiə edərəm, çünki həqiqətləri yazdım" deyir. Ustadımızın həqiqəti müdafiə etməkdə dayanıqlılığını ifadə edən bu sözündə Mehdiyytlə əlaqədar ən kiçik bir şərh, uzaqdan və ya yaxından tək bir əlaqə belə yoxdur.

     

    Bəzi Nur tələbəsi qardaşlarımız isə, səmimiyyətdən uzaq bir şərh ilə Ustadımızın bu sözünü "Mehdiyyət 300 il davam edən bir dövrdür" şəklində şərh edir, "qiyamətin qopmasına 300 il daha var" məntiqini müdafiə edirlər. Halbuki Ustadımızın izah etmək istədiyi çox açıqdır. Bir insan 10 min il sonra da olsa bu sözlərimi müdafiə edəcəyəm demiş olsa, bunun mənası dünyanın ömürünün 10 min il olduğu deyildir. Ya da bir insan min il sonra da bu həqiqəti izah edəcəyəm demiş olsa, bu, dünyanın sona çatmasına min il daha var mənasını verməz. Yalnız, mütəşabeh (məcazi) bir izahatla haqlı olduğu inancını ifadə edir.

     

    Geri